Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ədebiyyat üzre Nobel mükafatı sahibsiz qala biler…

21 Ekim 2016

1:00 pm


21/10/2016 [16:58]: xeber –
Ədəbiyyat üzrə bu ilki Nobel mükafatına layiq görülən amerikalı musiqiçi Bob Dilan internet saytında istifadə etdiyi “Nobel mükafatını qazanan” yazısını silib. Nobelçi bununla da mükafatı qəbul edib etməyəcəyi ilə bağlı sualları daha da artırıb. Çünki az əvvəl İsveç Kraliyyət Elmlər Akademiyası tərəfindən ədəbiyyat üzrə Nobel mükafatına layiq gördükləri Bod Dilanla ünsiyyət yarada bilmədikləri açıqlanmışdı. İsveç Kraliyyət Elmlər Akademiyasının daimi katibi Sara Danius bazar ertəsi dövlət radiosun verdiyi açıqlamada Dilanla əlaqə yaratmaq səylərinin nəticə vermədiyini bildirmişdi. Daniusun bu açıqlamasının ardından Dilan rəsmi internet saytına əlavə olunan yeni kitabının təqdimat yazısında “Nobel Ədəbiyyat Mükafatçısı” iafədsini qeyd etmişdi. Bu, Dilanın mükafatı qəbul etməsi şəklində şərh olunmuşdu.Dilanın 2016 Nobel Ədəbiyyat Mükafatını qazanmasının üstündən günlər keçməsinə baxmayaraq, nə mükafatı verən İsveç Akademiyası ilə ünsiyyət yaradıb, nə də təqdimetmə mərasiminə qatılıb, qatılmayacağı ilə bağlı bir məlumat verib. Xatırladaq ki, 75 yaşlı Dilanın “Amerikan musiqisində yeni poetik janr yaratdığı üçün” Nobel Ədəbiyyat Mükafatına layiq görüldüyü açıqlanmışdı. Mükafatdan imtina etməzsə, 8 milyon İsveç kronu məbləğində pul mükafatının da sahibi olacaq. Həmçinin Dilana Alfred Nobelin ölümünün ildönümündə, 10 dekabrda keçiriləcək mərasimdə diplom və qızıl medal verilməsi nəzərdə tutulur.Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler