Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ədebiyyat Muzeyinde “Adil Mirseyid” guşesi yaradılıb

14 Ekim 2016

11:56 am


14/10/2016 [15:54]: xeber –
Çağdaş Azərbaycan ədəbiyyatının ən orijinal üsluba malik şairlərindən biri də mərhum Adil Mirseyiddir. İnsanların həm də istedadlı rəssam kimi tanıdığı Adil Mirseyid bir neçə ildir ki, aramızda olmasa da, onun itkisi çağdaş poeziyamızda hiss olunur.  Mərhum şairin qızı Ayan Mirseyid sayt saytına açıqlamasında atasının bu gün də unudulmadığını və xatirəsinin əbədiləşdirmək üçün  bir sıra işlər görüldüyünü vurğulayıb:“Şəxsi əşyaları, rəsmləri, əlyazmaları-bir sözlə, Adil Mirseyid haqqında araşdırma aparılsa, ona aid olan hər şey hazırda  Nizami adına Ədəbiyyat Muzeyində qorunub saxlanılır. Eksponatların kiçik bir hissəsi isə Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyindədir. Artıq Ədəbiyyat Muzeyində Adil Mirseyid güşəsi yaradılıb. Qısa bir zamanda isə böyüdüləcək. Bölmənin açılışının sərgi şəklində olacağı düşünülür. Bu işdə bizə yardımçı olanlara – Fərid Hüseynə və ən əsası akademik Rafael müəllim Hüseynova dərin təşəkkürümüzü bildiririk. Bu ilin sonunda isə işıq üzü görməmiş şeirlərdən ibarət  kitabının çap edəcəyik. Hərdən qəzet və jurnallara çap olunmamış şeirlərini verirəm. Görmək istədiyimiz işlər və planlar çoxdur. Allah imkan yaratdıqca, onları da həyata keçirəcəyik”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler