Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ədalet Partiyası Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyine etiraz etdi 

15 Ağustos 2016

12:36 pm


15/08/2016 [16:35]: xeber –
Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələ Rusiya rəsmilərinin çıxışlarında tez-tez səsləndirilməkdədir. Ədalət Partiyası irəli sürülən həll variantları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:”Ədalət Partiyası son günlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini həssaslıqla izləməkdədir. Xüsusilə, son vaxtlar Rusiya rəsmiləri tərəfindən problemin həlli ilə bağlı daha çox fəallıq müşahidə olunmaqdadır. Rusiya Federasiyasının prezidenti V.Putin və bu ölkənin bəzi siyasi partiya liderləri (məsələn, “Rodina” partiyasının liderlərindən olan F.Biryukov) Dağlıq Qarabağ münaqişəsi tənzimlənərkən “xalqların öz müqəddəratını təyin etmək hüququnun” da nəzərə alınmalı olduğunu vurğulayıb. Ermənilər də bu ideyanın həyata keçməsi üçün müxtəlif yalanlardan istifadə etməyə çalışırlar. Belə ki, onlar Dağlıq Qarabağda yaşayanlara “Dağlıq Qarabağ xalqı”, sonradan isə “Artsax xalqı” adını verməyə çalışırlar ki, bu da tamamilə uydurmadır. Çünki dünyada belə xalq yoxdur və Dağlıq Qarabağda yaşayanlar erməni xalqının nümayəndələridir. Ədalət Partiyası qəti şəkildə bəyan edir ki, Rusiya rəsmilərinin və siyasi liderlərinin bəyanatları olduqca səhv yanaşmadır və Dağlıq Qarabağda yaşayan bir qrup erməniyə şamil edilə bilməz. Çünki ermənilər bir xalq kimi öz müqəddəratını artıq təyin edərək Ermənistan dövlətini yaradıblar. Əks halda Rostovda, Stavropolda, Krasnodarda və Rusiyanın başqa əyalətlərində kompakt şəkildə məskunlaşmış ermənilərə də belə hüquqlar verilməlidir. Bu isə dünyada olduqca mənfi president yarada bilər. Ədalət Partiyası hesab edir ki, 25 ilə yaxındır ki,  problemə məhz bu cür səhv və ədalətsiz, beynəlxalq hüququn prinsiplərinə zidd mövqe sərgiləndiyinə görə, onu həll etmək mümkün olmamışdır. Ona görə də son günlər Dağlıq Qarabağ məsələsində özünün ədalətli mövqeyini nümayiş etdirmək istəyən Rusiya Federasiyası problemə birmənalı münasibət bəsləməli və işğalçı Ermənistanı zəbt etdiyi əraziləri (o cümlədən Dağlıq Qarabağı) boşaltmağa səsləməlidir”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler