Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Əcnebileri millileşdirir, öz idmançılarımızı ise itiririk”

17 Ağustos 2016

11:32 am


17/08/2016 [15:31]: xeber –
Azərbaycan idmançılarının Rio olimpiyadasında o qədər də yüksək nəticələr
sərgiləməməsi media və sosial şəbəkələrdə gənclər və idman naziri Azad Rəhimova
yönəlik tənqid və ittihamların artmasına səbəb olub.

Maraqlıdır, A.Rəhimov idmançılarımızın olimpiyadadakı uğursuz
çıxışlarına görə məsuliyyət daşıyırmı?

Məsələ ilə bağlı sayt-a açıqlama verən millət vəkili Araz
Əlizadə idman naziri kimi A.Rəhimovun uğur və uğursuzluqlarda pay sahibi
olduğunu urğuladı:

“Təbii ki, idman naziri idmançılarımızın uğurlu çıxışlarında olduğu
kimi, uğursuzluqlarında da məsuliyyət payı var. Doğrudur, o, idmançıların yerinə
meydana çıxıb mübarizə aparmır. Lakin o, təşkilatçı kimi məsulıiyyətə sahibdir.
Bundan başqa, biz əcnəbi idmançıları milliləşdirməklə, öz idmançılarımızı
itiririk. Nicat Rəhimov nümunəsi buna misaldır. Biz bu idmançıya şərait
yaratmadıq, lakin Qazaxıstan onu milliləşdirməklə olimpiyadada qızıl medal
qazandı. Bu, idman nazirliyinin səhvidir.

Hesab edirəm ki, idman nazirliyi bu kimi məsələlərdə diqqətli olmalı,
doğru seçimlər etməli və idmançılarımızı doğru qiymətləndirməyi bacarmalı,
onların özlərini göstərməsinə şərait yaratmalıdır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler