Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əbülfez Melikova yarımmilyardlıq ceza: Hökumeti aldatmağın bedeli ödenilir

31 Ekim 2016

7:56 am


31/10/2016 [11:55]: xeber –
Neçə müddətdir ki, yerli KİV-lərdə “Trans-Broker” MMC-nin sabiq sədri Əbülfəz
Məlikovla bağlı müxtəlif iddialar səsləndirilməkdədir. Xatırladaq ki, Əbülfəz Məlikov dünənə qədər gömrük
sisteminin QARA KASSASI rolunu oynayıb və onun sayəsində büdcədən milyonlarla vəsait
oğurlanaraq, mənimsənilib. Əslində bu ağır ittihamı üzərində daşıması səbəbindən
Əbülfəz Məlikov çoxdan həbs olunmalı idi. Amma görünəni odur, Məlikov nəinki həbs
olunmadı, əksinə, zaman-zaman Dövlət Gömrük Komitəsinə bir alternativ qurumun hökmranlığını
həyata keçirə bildi. Təbii ki, bu işdə onun hansı üsullarla və dairələrin hesabına
möhkəmləndiyi hər kəsə bəllidir və cumhuriyyet.az-a daxil olan məlumata görə,
sonradan dövlətin gömrük siyasətini sərtləşdirməsi, gömrük orqanlarına nəzarəti
gücləndirməsi Əbülfəz Məlikovun səltənətinin üzərindən xətt çəkilməsinə nədən
oldu. Onun rəhbəri olduğu broker şirkəti ilə yanaşı sədrliyi də ləğv olundu.
İndi isə Əbülfəz Məlikov yeni qiyafədə və tamamən yeni təqdimatda ortaya çıxmaqdadır.
Belə ki, mediada da yayılan məlumatlarda bildirildi ki, Ə.Məlikov gömrük
sistemindən kənarlaşdırılaraq “Gilan” holdinqə yerləşdirilib. “Gilan Holdinq”in
kənd təsərrüfatı sektorunun müdiri kimi bu ilin mayında “Tarla günləri” adlı tədbir
düzənləyən Məlikov gömrük kimi nağd gəlirli bir məqamdan sonra aqrar sistemdə “bəsləsən
atlas olar tut yarpağından” səbrini göstərə bilmədi. Bununla bağlı
cumhuriyyet.az-a daxil olan məlumata görə Əbülfəz Məlikov artıq “qalstuklu
fermer” rolundan bezib.
Belə ki, hazırki halından məmnun olmayan Məlikov bu gün əslində yeni missiyasında
çox problemli görünür. Bu barədə cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə
görə, uzun illər ərzində gömrük sistemindəki qanunsuzluqları hesabına yarım
milyarda yaxın sərvət toplayan “broker”çıyə yeni vəzifəsində – “Gilan Holdinq”in
kənd təsərrüfatı sektorunun müdiri postunda bu pulları xərcləmə missiyası həvalı
olunub. Məlikovun bu şəkildə cəzalandırılması da təsadüfi deyil. Belə ki, məlumatlı
mənbənin cumhuriyyet.az-a açıqlamasında bildirir ki, Əbülfəz Məlikov hələ bu
ilin əvvəlində “yuxarılara” verdiyi vədi demək olar ki, “unudub”. Mənbənin söylədikləri:
“Quba rayonunda “Fermer evi” yaradılmalı idi. Bu məqsədlə Məlikov bir neçə
milyonundan keçməli idi. Amma etmədi”. Qeyd edək ki, pilot layihə olan “fermer
evləri”nin gələcəkdə respublikanın bütün rayonlarında yaradılması nəzərdə
tutulurdu. Fermerlər qarşılaşdıqları problemlərin həllini həmin evlərdə tapmalı
idilər. Orada fermerlərə müəyyən məsləhətlər veriləcək, yardım göstəriləcək və
onlara açıq dəstək veriləcəkdi. Amma Məlikov borokerlikdən qazandığı pulları bu
işə sərf etmədi və hökumətə “atdı”. Məlikovun bu əməli isə tək onu yox, həm də
ona himayədarlıq edən “yüksək məqamı”- Kəmaləddin Heydərovu zərbə altında qoymuş
olur və indi bütün olanlara görə bədəl ödəmək zamanı çatıb.

 

– Əbülfəz Məlikov nazirlərdən birinə necə problem yaratmaqdadır?
– Onun həbsi üçün hansı addımlar atılır?
– Əbülfəz Məlikovun əmlaklarının şok siyahısı
və digər faktalrı yaxın günlərdə təqdim edəcəyik.
Bizi izləyin…

 

Cumhuriyyet.az

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler