Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əbülfes Qarayev sefirle görüşdü -Foto

20 Eylül 2016

9:48 am


20/09/2016 [13:45]: xeber –
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul edib.sayt xəbər verir ki, görüşdə Azərbaycan və Almaniya arasında münasibətlərin perspektivləri, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün əməkdaşlıq məsələləri müzakirə olunub.Əbülfəs Qarayev prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamı və alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyinin YUNESKO-nun yubileylər proqramı daxil edilməsinin iki ölkə arasında münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsində rolunu qeyd edib.Görüşün sonunda nazir Əbülfəs Qarayev səfir Mixael Kindsqrabı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler