Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əbülfes Qarayev Britaniya Parlamentinin nümayende heyeti ile görüşüb

28 Temmuz 2016

11:20 am


28/07/2016 [15:19]: xeber –
Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyi və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilati dəstəyi ilə 2016-cı ilin 26-30 iyul tarixində Bob Bləkmənin rəhbərliyi ilə Britaniya Parlamentinin Azərbaycan Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdədir. Ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.Nümayəndə heyəti Azərbaycan xalqının qonaqpərvərliyini, ölkəmizdə turizm sənayesinin inkişafını və davam edən iqtisadi inkişaf nəzərə alaraq, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar olduğunu bildirdi.Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət və turizm sahələrinin inkişafı, həmçinin ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında nümayəndə heyətini məlumatlandırdı.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdəki mədəniyyət abidələri və obyektlərinin dağıdılması barədə söz açan nazir münaqişəni Azərbaycanın turizm məkanı kimi təbliği və inkişafına maneə törədən fakt kimi qiymətləndirdi.Parlamentarilər tərəfindən səmimi qəbula görə minnətdarlıq bildirildi, həmçinin Böyük Britaniya və Azərbaycan arasında mədəniyyət və turizm sahələrində mövcud əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler