Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əbedi qurtuluşa çağırış – AZAN…

25 Ekim 2016

11:40 am


25/10/2016 [15:39]: xeber –
sayt “Məhərrəmlik ayı” çərçivəsində hazırladığı növbəti yazını təqdim edir. Bu dəfə namaza çağırış olan “AZAN” barəsində kiçik araşdırma aparmışıq. Araşdırmamızda azan nədir, tarixi nə zamana dayanır, ilk dəfə azan oxuyanlar kim olub və günümüzdə kimlər azan oxuyub suallarına cavab axtarmağa çalışmışıq. Ümid edirik ki, sizlər üçün də maraqlı olar.Azanın namaza çağırış olduğunu demək olar ki, uşaqdan böyüyə bütün müsəlmanlar bilir. Bütün dinlərdə insanları ibadətə dəvət etməyin bir üsulu var. Məsələn dumanla, alovla, insan səsiylə, zəng səsiylə və s. İslamda da ibadətə dəvət azan vasitəsilə edilir. Lüğətdəki mənası “bildirmək” olan Azan İslamın ən vacib atributlarından biridir.Tarixi məlumatlara görə, azan ilk dəfə hicrətin birinci ilində Mədinədə verilib. Ancaq Azanın ilk dəfə Mədinədə yox, Məkkədə oxunduğunu iddia edənlər də var. Azanın yaranma tarixi və sözlərinin kim tərəfindən hazırlanması ilə bağlı müxtəlif rəvayətlər var. Rəvayətlərin birində deyilir ki, aralarında Həzrəti Ömər, Abdulla Zeyd də olmaqla bir çox səhabəyə yuxularında göydən enmiş bir mələk azanın sözlərini öyrədib. Tarixdə ilk azan verən şəxs kimi isə Bilal Həbəşi tanınır. Bu barədə hədislərin birində belə yazılıb:  “…Müsəlmanlar Mədinəyə gəldiklərində bir yerə toplanıb namaz vaxtından danışırdılar. O vaxtlar heç kim namaza çağrılmırdı. Bir gün belə danışarkən aralarından biri “Xristianlarınkı kimi zil çalaq” dedi. Bir başqası “Yəhudilərinki kimi edək” dedi. Ömər isə “Aranızdan biri çıxıb öz səsi ilə çağırsa olmazmı?” deyincə Hz. Pyğəmbər Bilala, “Qalx namaza çağır” dedi”. Əvvəlcə Bilal hər səhər Mədinədə bir qadına aid olan evin damına çıxaraq azanı oxuyarmış. Daha sonra Peyğəmbər Məscidinin arxa tərəfində azan oxumaq üçün yer ayrılır. Bilal azanı oxuduğunda barmaqlarını qulaqlarına qoyar və yerində dönərək azan oxuyarmış. Ancaq Bilalın bu şəkildə namaza çağırışını ona Rəsulullahın öyrətdiyini, yoxsa özünün ideyası olduğunu bildirən heç bir məlumat yoxdur. Daha sonralar isə inşa edilən məscidlərdə azan vermək üçün minarələr inşa olunub. Yüksək səsi, xoş avazı olan şəxslər həmin minarələrə çıxaraq gündə 3 dəfə azan verərək insanları namaza dəvət ediblər. İslamda azan oxuyan şəxsə müəzzin deyilir. Zaman keçdikcə azan oxuyanların sırasına bir çox tanınmış müğənilər də qoşulur. Bu tendensiya ilk dəfə Türkiyədə başlayır. Belə ki, Türkiyənin İbrahim Tatlısəs, Bülənt Ersoy, Burhan Çaçan, Müslüm Gursəs kimi kral sənətçilər adını qazanmış müğənniləri azan oxuyurlar. Sənətkarların bu addımı xalq tərəfindən çox rəğbətlə qarşılanır və onların daha çox sevilməsinə vəsilə olub. Azan oxuyan türkiyəli müğənnilərin sayı bu məşhurlarla tamamlanmayıb. Zaman keçdikcə bunların sırasına gənc müğənnilər də qoşulub. Müğənnilik yanaşı, aktyorluq edən Özcan Dəniz və Kutsi, Halil Sezai də azan oxuyub. Özcan Dəniz ifasının xalq tərəfindən bəyənilmədiyinə və tənqid edildiyinə görə bunu özünün bir səhvi adlandırıb. Kutsi ilə Halil Sezai isə çəkildikləri filmdə oynadıqları rola görə azan oxuyublar. Azan oxuyan Türk müğənnilərinin içində ən çox sevilən və bəyənilən gənc müğənnilərdən biri isə Mustafa Cecelidir. Ceceli iştirak etdiyi TV proqramlarında belə dəfələrlə canlı azan oxuyub. Türkiyədə azan oxuyanların sırası müğənnilərlə tamamlanmır. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə azan oxuyub. Ərdoğan ilk dəfə Prezident Sarayında yerləşən Beştəpə camaat məscidində sübh azanı verib. Əslən Türk olan və daha çox dini mövzuda oxuduğu mahnılarla məşhurlaşan, sevilən ABŞ-lı müğənni Sami Yusif də azan oxuyub. S.Yusifin bütün mahnıları kimi oxuduğu azan da insanlar tərəfindən çox bəyənilib. Sevindirici haldır ki, artıq ölkəmizdə də bir çox ifaçılar azan oxuyublar və oxumaqda davam edirlər. İlk dəfə mərhum muğam ustası Hacıbaba Hüseynov azan oxuyub. Mərhum sənətkar haqqında AZTV-də hazırlanmış “Ocaq başı” filmini izləyənlər yəqin ki, bunun şahidi olub. Filmin 36:22 dəqiqəsində H.Hüseynov Seyid Əzim Şirvaninin məzarı başında azanın giriş hissəsini oxuyub.Daha sonra Xalq artisti, dünyaca məşhur muğam ifaçımız Alim Qasımov da azan oxuyub. A.Qasımov indiyədək azan oxumuş müğənnilərdən fərqli olaraq kilsədə də azan verib. Muğam ifaçısı iki il əvvəl Almaniyada yerləşən Hz. Məryəm kilsəsində azan oxuyub. Deyilənlərə görə, muğam ifaçılarından Zabit Nəbizadə, Elnarə Abdullayeva, estrada müğənnisi İzzət Bağırov da azan oxuyub. Ancaq bu barədə heç bir fakt tapa bilmədik. Sonda onu da qeyd edək ki, azan səsinin kosmosda da eşidilməsi ilə bağlı məlumatlar yayılıb. Kosmosda eşidilən yeganə səsin azan səsi olması barəsində ilk xəbərlər 1983-cü ildə yazılıb. Həmin ildə Pakistanda nəşr olunan «The muslim world» jurnalında qeyd olunub ki, kosmanavt Nil Armstronq konfransa qatılmaq üçün Misirə gedib. Tədbirin axırına yaxın eşitdiyi səsdən sehrlənibmiş kimi donub qalıb. Bu zaman pəncrədən azan səsi eşidilirmiş. Kosmanavt heyrətlənmiş halda bu səsi ilk dəfə ayda eşitdiyini deyir. Bəziləri buna inanmasa da Nil Amstroq kosmosda azan səsi eşidən son kosmanavt olmayıb. Daha sonra malaziyalı kosmanavt Sheikh Muszaphar Shukor  da Ramazan ayında kosmosda azan səsi eşitdiyiniyi bildirib. sayt sonda bir neçə müğənninin oxuduğu azanı təqdim edir.Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler