Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Əli İnsanov daha 10 il 6 ay hebsxanada otura biler…

27 Ağustos 2016
4:40 am


27/08/2016 [08:39]: xeber –
Sabiq naziri ən çox müdafiə edən müxalifətin pərdəarxası niyyətləri; siyasi partiyalar onu qazanmaq üçün yarışırlar… Azadlığa çıxmasına az müddət qalan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işi başlaması ətrafında söz-söhbətlər səngimək bilmir. Məhbus həyatı ilə vidalaşacağı son 57 günü sayan sabiq nazirin qəflətən belə halla üzləşməsi ilə bağlı çoxsaylı müəmmalar var… Əsas suallardan biri də 11 illik cəzadan sonra keçmiş nazirin indi neçə il cəza alacağı ilə bağlıdır. Hüquqşünas Müzəffər Baxış “Yeni Müsavat”a açıqlamasında İnsanovun üç maddə üzrə ən yuxarı həddə 10 il 6 ay cəza ala biləcəyini bildirdi: “Ona qarşı irəli sürülən maddələr (234.1-ci maddə – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama; 315.2-ci maddə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiqetmə 317-2.1-ci – cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi və istifadəsi) üzrə ən yuxarı həddə cəza verilsə, toplanma yolu ilə İnsanov 10 il 6 ay müddətində azadlıqdan məhrum edilə bilər. Bundan artıq cəza ola bilməz. Hesab edirəm ki, İnsanov o cinayətlərin heç birini törətməyib. Ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Bunun mahiyyəti ondan ibarətdir ki, Əli İnsanovdan qisas alırlar. Avropa Məhkəməsinin qərarı var ki, əgər cəzaçəkmə müəssisələrinə narkotik maddələr keçirilirsə, burada rəhbərlik məsuliyyət daşıyır. Çünki ora qapalı yer sayılır”.Bir maraqlı məqam da müxalifət partiyalarının Əli İnsanovu ciddi-cəhdlə müdafiə etməsidir. Nazir olduğu dönəmlərdə İnsanov ən sərt şəkildə tənqid, təhqir etdiyi müxalifət bu gün onun müdafiəsindədir… Doğrudur, məhkəməsi zamanı İnsanov bu fikirlərinə görə müxalifətdən üzr istəyib. Amma müxalifətin onu müdafiə etməsi ilə bağlı fikirlər birmənalı deyil. Çoxları düşünür ki, demokratik düşərgə daxilində İnsanovun gücünə, maddi imkanlarına sahib olmaq üçün qızğın mübarizə gedir. Buna görə siyasi partiyalar ona yaxın olmaq üçün dəridən-qabıqdan çıxırlar. Müxalifətin onu müdafiə etməsi ilə bağlı digər bir versiya isə İnsanovun məhbus olması və hakimiyyətə qarşı barışmaz sərt münasibəti ilə bağlıdır…Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifətin İnsanovla bağlı qətiyyətli mövqeyinə bu cür aydınlıq gətirdi:  “Burada prinsiplərdən söhbət gedir, şəxslərdən yox. Şəxslərin məsələsi şəxsən mənim üçün sonuncu bir məsələdir. Amma prinsiplər məsələsi var ki, burada haqqı tapdalanan, yaxud qanunsuzluqla üzləşən kim olursa-olsun, mövqeyimizdən asılı olmayaraq, onu müdafiə etməliyik. Biz elə şəxsləri müdafiə etmişik ki, ömrü boyu müxalifətə düşmən kəsiliblər. Bu məsələni şəxsiləşdirmək lazım deyil”.Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa fərqli düşünür: “Burada daha çox onun elektorat bazasından müəyyən dərəcədə istifadə etmək, Qərbi azərbaycanlıların rəğbətini qazanmaq üçün belə taktika seçilir. Mahiyyətcə hakimiyyətdə təmsil olduğu dönəmlərdə müxalifətə qarşı sərt, barışmaz məmurlardan biri İnsanov idi. Onun fikirləri, addımları müəyyən vaxtlarda hakimiyyətlə müxalifət arasında normal münasibətlərin qurulmasına mane olurdu. İndiki şəraitdə bu dəstək onun elektoratını qazanmaq, yaxud dəstəyini almaq üçün nəzərdə tutula bilər”.Yeni AXCP-nin sədri Razi Nurullayev bəzi müxalif qurumların İnsanovu müdafiə etmələrinin arxasında müəyyən niyyətlərin dayandığını söylədi: “Öncə İnsanova azadlıq arzulayıram. Düşünürəm ki, o, həm yaşına, həm əməyinə, həm də xidmətlərinə görə azadlığına qovuşmalıdır. İnsanov hakimiyyətdə təmsil olunan vaxt müxalifətə qarşı ən sərt mövqedə dayanan məmurlardan biri olub. Bu gün onun müxalifət tərəfindən daha çox müdafiə edilməsinin başlıca səbəbi müxalifətdən də qabağa gedərək, hakimiyyət barəsində sərt fikirlər səsləndirməsidir. Onunla müxalifətin mövqeyi üst-üstə düşdüyünə görə biz onu müdafiə edirik. Özümlə bağlı deyə bilərəm ki, onu müdafiə etməkdə səmimiyəm. Heç bir gözləntim, təmənnam yoxdur. Vaxtı ilə İnsanov və digər məmurlara qarşı sərt təpki göstərən müxalifət hakimiyyətdə olub, sonradan hakimiyyətdən gedəndən sonra müxalifətə müraciət edən şəxsləri qəbul etməyiblər. Əli Kərimli və Müsavatı buraya aid etmək olar. İndi həmin şəxslər İnsanovla bağlı fərqli mövqe sərgiləyirlər. Bunun üçün onların səmimiyyətinə tam inanmıram. Burada kifayət qədər siyasi maraqlar var. Əli İnsanov azadlığına qovuşarsa, özü bir siyasi partiya yaradarsa, müxalifətdə liderlik iddiasına düşərsə, o zaman həmin insanların düşməninə çevriləcək, onu söyəcəklər, xəyanətdə suçlayacaqlar. Məhz bunlara görə İnsanova göstərilən münasibətin arxasında səmimiyyətin olduğuna inanmıram. Azərbaycan müxalifətini əlimin içi kimi tanıyıram. Onların iddialarını, maraqlarını, potensiallarını bilərək, deyirəm ki, ölərlər, amma İnsanovun liderliyini qəbul etməzlər. Əksinə, İnsanovun onlara kömək etməsini arzulayarlar. O, bunu istəməsə, satqın olacaq, hakimiyyətə satılmış elan olunacaq. Çünki bu, onların xislətidir, dəfələrlə sınaqdan keçirilmiş metodları sayılır”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler